Azərbaycan, Bakı/ Trend muxbir E.Huseynli/ Azərbaycan və Gürcüstan sərhədinin 480 kilometrlik ərazisinin 300 kilometri razılaşdırılıb. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib ki, hazırda sərhədlərin müəyyənləşdirilməmiş 12 sahəsi qalıb. Onun sözlərinə görə, delimitasiya və demarkasiya üzrə hökümətlərarası komissiyanın növbəti görüşü Tbilisidə keçiriləcək. Növbəti görüşə qədər Azərbaycan və Gürcüstanın ekspertləri razılaşdırılmamış sahələrlə baglı lazımi xəritələr hazırlayacaq.
Q.Məmmədov Azərbaycan, Gürcüstan və Rusiyanın Balakən ərazisində razılaşdırılmamış 50-60 hektar ərazisi oldugunu deyib və bu istiqamətdə lazımi işlərin görüldüyünü vurgulayıb.