...

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətnin rəhbəri: Azərbaycan dəfələrlə ikili standartlar siyasətini öz üzərində hiss edib

Siyasət Materials 15 Mart 2007 17:37 (UTC +04:00)
Azərbaycanın AŞ PA-dakı  nümayəndə heyətnin rəhbəri: Azərbaycan dəfələrlə ikili standartlar siyasətini öz üzərində hiss edib

Qazaxıstan,Astana/müxbir Trend K.Konırova/ Trend in Astanadakı xüsusi müxbirinin Milli Məclisin beynəlxalq münasibətlər üzrə komissiyasının sədri, Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla müsahibəsi

- Qazaxıstan parlamenti senatının spikeri Kasım-Jomart Tokayev 14-15 mart tarixində Astanadakı "Qazaxıstan Respublikasının beynəlxalq əməkdaşlığı: reallıq, məqsəd və perspektivlər" konfransında bəyan edib ki, "nüvə silahının yayılmaması sahəsində, o cümlədən ikimənalılıq və ikili standartlarla bağlı qaçılmaz səhvlər buraxılması" ilə bağlı bəyan edib. "İkili standartlarla" bağlı Sizin fikriniz necədir? Bu nə qədər aktualdır, belə ki, Qazaxıstan spikerinin qeyd etdiyi kimi, söhbət yaxın qonşu İran və onun nüvə proqramından gedir?

- Əgər ümumilikdə beynəlxalq siyasətdə ikili standartlardan danışsaq, təəssüf ki, yeri var. Azərbaycan dəfələrlə bəzi beynəlxalq təşkilatlardan ikili standartlar siyasətini üzərində hiss edib. Bəli, indi də biz bununla üzləşirik: Azərbaycan ərazisi Ermənistan hərbi qüvvələri tərəfindən zəbt olunub. Bu barədə biz də, beynəlxalq ictimaiyyət də bilir. Lakin təəssüf olsun ki, biz beynəlxalq təşkilatlar səviyyəsində görürük ki, bu münaqişəyə onlar başqa cür yanaşmağa çalışır.

Tokayevin çıxışına gəlincə, onun qeyd etdiyi bütün anlar aktualdır. Həqiqətən də bu gün dünya ciddi təhlükələrlə üzləşir. Bunlardan biri nüvə silahının yayılmasıdır. Və biz bu proseslərlə bağlı narahatıq, belə ki, cənub qonşumuzu nəzərə alaraq, bu, bizim yaxınlığımızda baş verir. Buna görə də Azərbaycanın mövqeyi belədir: bu problemin həlli yalnız MAQATE-nin himayəsi altında beynəlxalq qanun və normalar çərçivəsində həyata keçirilməlidir. Başqa mövqe ola bilməz. Yalnız beynəlxalq qanunlara riayət etməklə nəinki Qafqaz regionunda, bu gün kiçilən bütün dünyada təhlükəsizliyi təmin etmək olar.

-Astanada konfransda bir daha Xəzər dənizinin statusu ilə bağlı məsələ müzakirə olunub. Bu məsələ ilə bağlı azərbaycanlı qanunvericilərin mövqeyi necədir?

- Qazaxıstan və Rusiya ilə heç bir problem yoxdur. Biz Xzərin bölünməsi ilə bağlı bu iki dövlətlə müqavilə imzalamışıq. Bu, bizim hamımıza irəli getməyə imkan verir, lakin Türkmənstan və İranla müqavilə hələ imzalanmayıb. Danışıqlar hələ də gedir. Danışıqların xarakteri Xəzərin statusu məsələsinin, bəzi mütəxəssislərin təqdim etməyə çalışdığı kimi, həllolunmaz deyil, həll olunan məsələ olduğunu deməyə əsas verir. Günbəgün regionun bir çox iqtisadi layihələri getdikcə daha çox əhəmiyyət kəsb edir. Məsələn, hamıya məlum Bakı-Tbilisi-Ceyhan yalnız Qafqaz üçün vacib deyil. Biz şadıq ki, Qazaxıstan da bu layihəyə qoşulur və bu, ölkələrimiz arasında əlaqə yaradacaq, bu da ümumi iqtisadi firavanlıq üçün vacibdir. Həmçinin Transxəzər qaz kəməri də var ki, dünyanın bir çox dövlətləri buna maraq göstərir. Üçüncü layihə də var - Böyük İpək Yolunu bərpa edəcək Bakı-Tbilisi-Qars dəmir yolu. Beləliklə, neft, qaz və əmtəə dəhlizləri yaranır. Bu isə o deməkdir ki, tarixin müəyyən mərhələsində bir dövlətdə olan, süni olaraq bir-birindən ayrılmış olan xalqlar arasında əlaqələri bərpa etmək imkanı yaranıb.

- İran öz nüvə proqramı ilə Xəzərin statusunun həllində maneə ola bilərmi?

- "Siyasət - mümkün olanın reallaşdırılması sənətidir" bu sözləri mən fikirləşməmişəm. Vatslav Qavel bu sözləri dəyişib: "Siyasət - qeyri-mümkün olanı reallaşdırmaq sənətidir". İranın proqramı üzrə ciddi danışıqlar davam etdirilir. Yeganə vasitə, yuxarıda bildirdiyim kimi, İranın MAQATE himayəsi altında beynəlxalq normalara riayət etməsidir.

-Söylədiniz ki, iqtisadi layihələr böyük əhəmiyyət kəsb edir. Azərbaycan qanunvericiləri iqtisadi layihələrin artan əhəmiyyəti və Xəzərin ekologiyası arasında balansı necə tənzimləmək niyyətindədir?

- Bu gün Xəzərdə karbohidratların hasilatı yalnız ekoloji problemlərlə tandemdə nəzərdə tutulur. Lakin qeyd etmək istərdim ki, yeni texnologiyaların tətbiqi ilə yeni yataqların işlənməsi bizə qədər - sovet dövründə istifadə olunmasından daha az ekoloji ziyan gətirir. Bunlar ilk növbədə, su basmış quyulardır. Buna görə də bu gün "köhnə yaraların" aradan qaldırılması məsələsi durur. Qazaxıstan və Azərbaycan Xəzər regionu üzrə ciddi ekoloji proqram qəbul edir. Biz və siz ümumi dənizimizin ekologiyası uğrunda mübarizəyə büdcədən xeyli vəsait ayırırıq.

- Astanadakı konfransın və Sizin qazaxıstanlı spiker Kasım-Jomart Tokayevlə şəxsi görüşünüzün yekunları necədir?

- Konfrans həm bizim, həm də sizin üçün vacibdir, belə ki, bizim münasibətlər artan xətt üzrə inkişaf edir. Azərbaycan sizin beynəlxalq münasibətlərin ayrılmaz hissəsidir, analoji olaraq Qazaxıstan da bizim üçün ayrılmaz hissə olub. Dövlətlərimiz arasında strateji münasibətlər də bir daha öz təsdiqini tapıb. Mən cənab Tokayevə dəvət üçün minnətdarlığımı bildirdim. Bizim "Qazaxıstan-Azərbaycan" parlament dostluq qrupumuz var və biz bu münasibətlərin inkişafı üçün ciddi tədbirlər planlaşdırırq. Həmçinin bizim üçün Avropa Şurasında Qazaxıstanın dəstəyi və bizim də həmçinin Qazaxıstana dəstəyimiz vacibdir.

- Azərbaycan tərəfini AŞPA-nın Azərbaycanla bağlı hesabatında nə qane etmir?

- Azərbaycan tərəfinin nədən razı, nədən narazı qalması barədə jurnalistlər martın 28-də öyrənə biləcək. Belə ki, AŞPA-nın məruzəsi məxfidir. O, Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçiləri Toni Lloyd və Andres Herkel tərəfindən hazırlanıb. Məruzədə bizi qane edən anlar da var, belə ki, onlar obyektivdir, lakin həm də köhnəlmiş və əlavə informasiyaya ehtiyacı olan anlar da mövcuddur.

- Məsələn?

- Biz bu və ya digər konvensiya üzrə ratifikasiyasını artıq yerinə yetirmişik, lakin məruzədə qeyd olunub ki, yerinə yetirilməyib, biz bunun düzəldilməsini xahiş edirik. Lakin qeyd etmək istərdim ki, məruzədə həm pozitiv tənqid, həm də bizim razı olmadığımızı anlar var. Laikn məruzə açıqlanmadan mənim onları elan etmək hüququm yoxdur. Lakin qeyd etmək istərdim ki, əvvəlkilərə nisbətən bu məruzə daha obyektiv və tarazlaşdırılmışdır. Belə ki, o, Azərbaycanın AŞ ilə münasibətlərində mövcud olan reallqları daha yaxşı əks etdirir.

- May ayında Dağlıq Qarabağ üzrə AŞPA-nın alt komitəsinin səfəri gözlənilirmi? Bu məsələ hansı mərhələdədir? Həmçinin bu alt komitənin rəhbəri Lord Rassel Constonun Azərbaycana səfəri gözlənilir. Bu məsələ həll olunurmu?

- Biz, alt komitə rəhbərinin yaya yaxın regiona gəlməsi barədə razılaşmışıq, belə ki, mayda Ermənistanda parlament seçkiləri keçiriləcək və bu dövrdə səfərin təşkili məsələsi çətin olacaq. Lakin biz onu qəbul etməyə hazırıq.

-Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsini necə qiymətləndirirsiniz? Bu məsələ Azərbaycanın bu təşkilatda üzvlüyünə hər hansı bir maneə yarada bilərmi?

- Ümumilikdə, praktiki olaraq bütün öhdəliklər yerinə yetirilib, bəzi öhdəliklər yerinə yetirilməyib, lakin onlar razılaşdırılıb. Məsələn, alternativ xidmət barədə. Qanun layihəsi Avropa Şurasına ekspertizaya göndərilib və artıq geri qaytarılıb. Yaxın zamanlarda biz parlamentdə ona baxacağıq. Maneələrə gəldikdə isə, qeyd edim ki, Avropa Şurası yalnız tərif etməklə məqşğul olmur, onlar problemlər aşkar edir və onları axtarmalıdırlar. Bu da AŞ və 10 il bundan əvvəlki dövlətdən çox uzaq olan Azərbaycan arasında normal dialoqdur. Biz əhəmiyyətli irəliləyişlərə nail olmuşuq, lakin heç kim problemlərin olduğunu təkzib etmir. Biz onları həll etməyə hazırıq.

AŞ təzyiq göstərmək məqsədini əsas götürmüş deyil, konstruktiv dialoq yolu ilə problemləri həll edən mühüm təşkilatdır.

Xəbər lenti

Xəbər lenti