...

Vətəndaş və İnkişaf Partiyası Ədliyyə Nazirliyindən şikayət verəcək

Siyasət Materials 28 Mart 2007 19:10 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Vətəndaş və İnkişaf Partiyası (VİP) dövlət qeydiyyatına alınması barədə cavab almasa, Yasamal rayon məhkəməsində Ədliyyə Nazirliyi barəsində iddia qaldıracaq. Bu barədə partiyanın sədri Əli Əliyev məlumat verib.

Onun sözlərinə görə, partiya növbəti dəfə nazirliyə müraciət edib və VİP-in sənədləri Ədliyyə Naziriyinin müvafiq şöbəsində qeydiyyata alınıb: "Bir ay müddətində partiyamızın qeydiyyata alınıb-alınmaması haqda bizə cavab verilməlidir. Biz həm də ABŞ səfirliyinə, ATƏT-ə və Avropa Şurasına bu problemlə bağlı müraciət etmişik. Əgər bir ay müddətində bizə cavab verilməsə, Ədliyyə Nazirliyini məhkəməyə verəcəyik".

AMİP-in ikiyə bölünməsindən sonra Ə.Əliyevin rəhbərliyi ilə 2006-cı ildə VİP təsis olunub və partya hazırda müxalifətçi "Azadlıq" blokunda təmsil olunur.

Xəbər lenti

Xəbər lenti