...

Gəncədə yeni işıqforlar quraşdırılacaq

Siyasət Materials 29 Mart 2007 13:15 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Bu ilin ikinci rübündən Gəncədə yeni işıqforların quraşdırılmasına başlanılacaq. Bu barədə Gəncə şəhər Yol Polisi İdarəsinin rəisi Adil Zeynalov məlumat verib.

Zeynalov bildirib ki, Gəncəyə gətiriləcək 4 yeni işıqfor ilk olaraq şəhərin Nizami və Heydər Əliyev prospektlərində quraşdırılacaq. Rəisin sözlərinə görə, Gəncənin ehtiyac duyulan yerlərinə əlavə işıqforların qoyulması üçün hazırda monitorinq aparılır. Monitorinqin nəticəsindən asılı olaraq əlavə qoyulacaq işıqforların siyahısı tutularaq Daxili İşlər Nazirliyinə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti