Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin sədri Oqtay Əsədov may ayında Polşaya rəsmi səfər edəcək. Bu barədə Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda rəsmi səfərdə olan Polşa prezidenti Lex Kaçinski ilə martın 31-də keçirdiyi görüşdə məlumat verib.
L.Kaçinski əvvəlcə Milli Məclisin iclas zalı ilə tanış olub, sonra isə Oqtay Əsədovla təkbətək görüş keçirib. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Geniş tərkibdə keçirilən görüşdə Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan-Polşa əlaqələri intensiv inkişaf edir: "Hər iki ölkə beynəlxalq parlament təşkilatlarının üzvləridir və bu təşkilatlarda eyni mövqedən çıxış etməliyik."
Polşa prezidenti isə deyd etdi ki, Bakıda keçirdiyi bütün görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələr aparılıb.
"Azərbaycan Ermənistanla sülh sazişinin imzalanması üçün yaxşı şərait yaradır və bu məsələdə Polşa rəsmi Bakının mövqeyini dəstəkləyir", -deyə L.Kaçinski vurğulayıb.
L.Kaçinski Azərbaycan-Polşa parlamentlərarası qrupunun yaradılması təşəbbüsünü dəstəklədiyini bildirib.