...

Gəncədə muasir tipli universitet şəhərciyi tikiləcək

Siyasət Materials 2 Aprel 2007 14:37 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncədə yeni, müasir tipli universitet şəhərciyinin salınması planlaşıdırılır. Bu barədə məlumatı bazar ertəsi Gəncə Dövlət Universitetinin prorektoru Saleh Salahov verib.

Onun sözlərinə görə, Gəncə İcra Hakimiyyəti ərazi ayırarsa, bu ilin sonunda tikinti işlərinə başlana bilər. Müsahib bildirib ki, şəhərciyin salınması üçün hazırlıq işləri aparılır. Tikinti işlərinin aparılması üçün ərazinin Yeni Gəncə və ya Gülüstan qəsəbələrində ayrılması gözlənilir. Yeni şəhərcikdə universitetin 3 korpusu, tələbə yataqxanaları, idman qurğuları tikiləcək. Həmçinin burada müasir elmi ədəbiyyatlarla təmin edilən kitabxana da fəaliyyət göstərəcək.

Xəbər lenti

Xəbər lenti