...

Bakıda 111 minə yaxın sürücü cərimələnib

Siyasət Materials 2 Aprel 2007 16:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Yanvar-mart aylarında Bakıda 378 yol-qəza hadisəsi baş verib. Nəticədə 81 nəfər ölüb, 448-i yaralanıb. Bu barədə bazar ertəsi Trend ə açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsi hərəkətin təhlükəsizliyinin təmini və ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəzası və xəsarət alanların sayı artıb, 9 ölüm isə azalıb. Qabaqlayıcı tədbirlər nəticəsində hadisələrin ağırlılıq dərəcələri də yüngülləşib. Əsədov bildirib ki, hesabat dövründə 110 294 sürücü cərimələnib. Sürücülərdən 3735-i işıqforu qırmızı işıqda keçmə, 1493-ü avtomobili sərxoş vəziyyətdə idarəetmə, 2031-i qəza şəraiti yaratma, 3088-i sürət həddini aşma, 3512-i rəngli şüşə, pərdə, yüksək səsli siqnallardan istifadə etmə, 167-si avtomobili nömrəsiz idarəetmə və digər hallara görə cərimələnib.

Xəbər lenti

Xəbər lenti