...

Nazir Azad Rəhimov: Ordudakı intihar halları şişirdilir

Siyasət Materials 4 Aprel 2007 16:21 (UTC +04:00)
Nazir Azad Rəhimov: Ordudakı intihar halları şişirdilir

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Aprelin 4-də Gənclər və İdman naziri Azad Rəhimov N saylı hərbi hissədə olarkən jurnalistlərə müsahibəsində ordudakı intihar hallarının şişirdildiyini söyləyib.

"Hər bir insanın fərqli psixologiyası var. Bəzən elə əsgər olur ki, ev şəraitindən uzaq düşməsi onun psixologiyasına mənfi təsir göstərir və o, intihara əl atır. Bunu hərbi hissədə əsgərə qarşı münasibətlə əlaqələndirmək mümkün deyil", - deyə Azad Rəhimov bildirib.

Xəbər lenti

Xəbər lenti