...

Azərbaycanın cənub hissəsinin hava məkanında qırıcı təyyarələr müəyyən edilib

Siyasət Materials 6 Aprel 2007 18:05 (UTC +04:00)

Azərbaycan, Cəlilabad /müxbir. Trend A.Həsənov/ Cümə günü Azərbaycanın İranla həmsərhəd olan Cəlilabad rayonu ətrafında qırıcı təyyarələrin uçduğu müəyyən edilib. Bu barədə məlumatı Trend in bölgə müxbiri verir. Qırıcılar səhər saatlarında, təxminən 10:50 radələrində, günorta isə 15:40-da görünüblər. Bununla bərabər, uçuş yerdən kifayət qədər uzaq məsafədə həyata keçirilib.

Azərbaycanın Müdafiə Nazirliyindən faktı təsdiqləyiblər. Nazirlikdən onu da bildiriblər ki, Cəlilabad və Azərbaycanın digər rayonlarında təlim xarakteri daşıyan belə uçuşlar olur. Təlimin keçirildiyi bölgələrin adları açıqlanmır.

Xəbər lenti

Xəbər lenti