...

Azərbaycan prezidenti Tarix Muzeyinin təmiri ilə tanış olub

Siyasət Materials 10 Aprel 2007 20:24 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/ Azərbaycan prezidenti İlham Əliyev bu gün Azərbaycan Tarix Muzeyinə gəlib, burada aparılan təmir-bərpa işləri ilə tanış olub. Bu barədə Trend AzTV-yə istinadən xəbər verir.

Uzun illərdən bəri təmir olunmadığından bərbad vəziyyətə düşmüş binada əsaslı təmir və bərpa işlərinə prezidentin müvafiq sərəncamına əsasən 2005-ci ilin sentyabrından başlanıb. Prezidentə məlumat verilib ki, Ərazilərin Bərpası və Yenidənqurulması Agentliyinin sifarişi ilə "Azəraqrartikinti" SC tərəfindən təmir edilir, artıq işlər son mərhələdədir. XIX

əsrin sonlarında məşhur mesenat Hacı Zeynəlabdin Tağıyevin tikdirdiyi binanın divarlarındakı naxışları İtaliya şirkəti ilkin formada bərpa edir.

Prezident təmir işlərinin əvvəlki görünüşə uyğun aparılması ilə bağlı tapşırıqlarını verib.

Xəbər lenti

Xəbər lenti