...

Gürcüstanda parlament çoxluğu müxalifəti David Qareci mövzusunda spekulyasiya etməməyə çağırıb

Siyasət Materials 11 Aprel 2007 16:06 (UTC +04:00)

Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxalia/ Gürcüstanda parlament çoxluğu müxalifətə müraciət edərək David Qareci (Qurucu David) ilə bağlı məsələlərlə alış-veriş etməməyə və Gürcüstan-Azərbaycan münasibətlərini gərginləşdirməməyə çağırıb. Bu sözləri bu gün Gürcüstan parlamentinin Avrointeqrasiya Komitəsinin rəhbəri David Bakradze "Demokratik cəbhə" fraksiyasının Azərbaycanın David Qareci kompleksinin bir hissəsinə sahib çıxmaq niyyəti ilə bağlı bəyanatina cavab olaraq deyib.

İş ondadır ki, sözügedən fraksiyaya daxil olan gürcü mühafizəkarları Daved Qareci kompleksində olublar və orada bəzi bəyanatlar veriblər. Konkret olaraq onlar bu tarixi abidəni heç kimə verməyəcəklərini bəyan ediblər. "Mən David Qareci kompleksi ətrafında gedən prosesləri narahatçılıqla izləyən inansanları anlayıram və onların fikirləri ilə böülüşürəm. Ancaq mənə elə gəlir ki, bəzi siyasi qüvvələr məsələni şişirtməklə ucuz populizm dalınca qaçırlar. Gürcüstanın bütün əhalisini əmin etmək istəyirəm ki, heç kim öz ərazisinin bir kvadratmetrini belə kiməsə hədiyyə etmək niyyətində deyil, o cümlədən bizim üçün böyük əhəmiyyət malik olan David Qareci kompleksini" - deyə o vurğulayıb.

Məsələyə münasibət bildirən Gürcüstan parlamentinin spikeri Nino Burcanadze isə Gürcüstan-Azərbaycan sərhədinin demarkasiya və delimitasiya prosesinə müdaxilənin mümkünsüzlüyünü önə çəkib. "Bu, iki qardaş xalqın münasibətlərinə lazımsız əsəb və gərginlik gətirir. Bu isə yolverilməzdir" - deyən spiker qeyd edib ki, Azərbaycanla Gürcüstan strateji əlaqələrə malikdirlər və bu, qonşu dövlətlərin qarşılıqlı şəkildə bir-birinin milli və mədəni adət-ənənələrinə hörmətlə yanaşmağı zəruri edir.

Xəbər lenti

Xəbər lenti