...

Suriya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını dəstəkləyir

Siyasət Materials 12 Aprel 2007 13:37 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Suriya Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqi prinsiplər çərçivəsində tezliklə həll olunmasının tərəfdarıdır. Bu barədə Suriyanın xarici işlər naziri Valid əl-Muallim azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdə bəyan edib. Cümə axşamı Azərbaycan XİN-nin mətbuat katibi Xəzər İbrahimin verdiyi məlumata əsasən, görüş Məmmədyarovun Suriyaya rəsmi səfəri çərçivəsində baş tutub.

Onun sözlərinə görə, görüşdə Məmmədyarov suriyalı həmkarını Dağlıq Qarabağ problemi və bu münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar barədə ətraflı məlumatlandırıb. Görüşdə ikitərəfli münasibətlərin inkişafı, regional və beynəlxalq səviyyədə, həmçinin BMT və İslam Konfransı Təşkilatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Məmmədyarov həmçinin həmkarını Azərbaycanın Suriyada açılması planlaşdırılan səfirliyi barədə məlumatlandırıb. Valid-əl Muallim nazirin bu məlumatından məmnunluğunu bildirib. Səfər çərçivəsində Məmmədyarov həmçinin Suriyanın vitse prezidenti Faruk-əl-Şaarla görüşüb və onunla ikitərəfli, həmçinin regional və beynəlxalq əməkdaşlıq sahəsində münasibətlərin mümkün aspektlərini müzakirə edib. Suriyanın ticarət palatasının nümayəndələri ilə görüşdə iki ölkə arasında ticarət-iqtisadi inkişaf variantları müzakirə edilib.

Aprelin 13-də Suriyaya səfərini başa vuran Məmmədyarov Livana yola düşəcək. Burada o, bu ölkənin prezidenti Emil Loxudla, baş nazir Fuad Sinyora, parlament nümayəndəsi Nabix Beri və Livan parlamentinin üzvləri ilə görüşəcək. Elə həmin gün XİN rəhbəri Azərbaycana dönəcək.

Xəbər lenti

Xəbər lenti