...

Azərbaycan MDB Sərhəd Qoşunları Komandanları Şurasının Yerevanda keçiriləcək iclasında iştirak etməyəcək

Siyasət Materials 12 Aprel 2007 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan MDB Sərhəd Qoşunları Komandanları Şurasının aprelin 12-də Yerevanda keçiriləcək iclasında iştirak etməyəcək. Bu barədə cümə axşamı Bakıda Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev məlumat verib. Quliyev qeyd edib ki, Azərbaycan MDB Sərhəd Qoşunları Komindanları Şurasının üzvü deyil.

"Biz bütün iclaslarda müşahidəçi qismində iştirak edirik. Növbəti iclas Yerevanda keçirildiyinə görə orada iştirak etməyəcəyik" - deyə cənab Quliyev əlavə edib.

Quliyev qeyd edib ki, GUAM üzvü olan ölkələrin sərhəd xidmətlərinin fəaliyyətinin koordinasiya edilməsi istiqamətində iş aparılır. "Artıq bu istiqamətdə çox ciddi işlər görülüb və bu proses davam etdirilir. GUAM üzvü olan ölkələrin sərhəd xidmətləri rəislərinin növbəti görüşü iyun ayında keçiriləcək." - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti