...

Rusiya Azərbaycandakı rusların könüllü köçürülməsinə təşəbbüs göstərməyə hazırdır

Siyasət Materials 12 Aprel 2007 16:33 (UTC +04:00)
Rusiya Azərbaycandakı rusların könüllü köçürülməsinə təşəbbüs göstərməyə hazırdır

Azərbacyan,Bakı/müxbir Trend S.Ağayeva/Rusiya vətəndən kənarda, həmçinin Azərbaycanda yaşayan həmyerlilərinin Rusiyaya könüllü köçürülməsinə təşəbbüs göstərməyə hazırdır.

Cümə axşamı RF-nin Federal Miqrasiya Xidmətinin idarə nümayəndəsi Yevgeni Manyatkinin Bakıda jurnalistlərə verdiyi məlumata əsasən, köçürülmə Rusiya Federasiyasında qəbul olunmuş Rusiyadan kənarda yaşayan həmvətənlərin könüllü köçürülməsi üzrə Dövlət Proqramına uyğun oalraq həyata keçiriləcək.

Manyatkinin sözlərinə əsasən, artıq lazımi normativ-hüquqi sənədlərin hazırlanması başa çatdırılır, onları qəbul edən Rusiya regionlarının proqramları razılaşdırılır. "Fikirləşirəm ki, may-iyunda biz artıq proqramın şərtlərinə əsasən Rusiya Federasiyasına köçmək arzusunda olan həmvətənlərimizin müracitətlərini qəbul etməyə başlaya biləcəyik", deyə Federal Miqrasiya Xidmətinin nümayəndəsi bildirib.

Xəbər lenti

Xəbər lenti