...

Azərbaycan XİN rəhbəri Suriyanın vitse-prezidenti ilə görüşüb

Siyasət Materials 12 Aprel 2007 18:51 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova/ Bu gün Dəməşqdə Suriyanın vitse-prezidenti Faruk əl-Şara və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Orta Şərq və Mərkəzi Asiyadakı vəziyyəti müzakirə ediblər.

Sana agentliyinin verdiyi xəbərə görə, müzakirələr zamanı bu regionlarda stabilliyin əldə olunmasında Azərbaycan və Suriyanın rolu, həmçinin Orta Şərq və Mərkəzi Asiyada inkişaf tendensiyalarından danışılıb.

Görüşdə iki ölkə arsındakı qarşılıqlı münasibətlərə də toxunulub. Ümumi maraqlara xidmət edən bütün sahələrdə əlaqələrin inkişafının vacibliyi vurğulanıb.

Görüşdə Suriyanın xarici işlər nazirinin müavini Əhməd Arnus da iştirak edib.

Xəbər lenti

Xəbər lenti