...

Azərbaycanın Hesablama Palatası 52 məsələyə baxıb

Siyasət Materials 17 Aprel 2007 11:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Hesablama Palatası 2006-cı ildə 52 məsələyə baxıb. Bu barədə çərşənbə axşamı Bakıda Hesablama Palatasının nümayəndəsi Abbas Allahverdiyev məlumat verib.

Allahverdiyev bildirib ki, Hesablama Palatasının 2006-cı ildəki fəaliyyəti Palatanın iclasında təsdiq olunmuş İş Planına əsasən həyata keçirilib.

2006-cı ildə Hesablama Palatasının 33 iclası olub və bu iclaslarda 52 məsələyə, o cümlədən 14 halda həyata keçirilən nəzarət tədbirlərinin nəticələrinə baxılıb.

"Hesabat ilində Hesablama Palatasına 29 müraciət və şikayət ərizəsi daxil olub və müvafiq qaydada onlara baxılıb" - deyə o qeyd edib.

Milli Məclisin bu gün keçiriləcək iclasında Hesablama Palatasının 2006-cı ilin yekunlarına dair hesabatı müzakirə olunacaq. Palatanın sədri Namiq Nəsurullayev səhhəti ilə əlaqədar istefa ərizəsi yazdığına görə, quruma yeni sədr seçiləcək. Bu vəzifəni maliyyə nazirinin müavini Heydər Əsədovun tutacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti