...

Azərbaycanın üç müxalifət partiyası yeni İttifaq yaratdı

Siyasət Materials 18 Aprel 2007 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın üç müxalifət partiyası yeni İttifaq yaratdı. Çərşənbə günü Azadlıq Partiyasının sədri Əhməd Oruc, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu və Milli Demokratiya (Boz Qurd) Partiyasının sədri İsgəndər Həmidov "Demokratiya Uğrunda İttifaq"ın yaradılmasına dair saziş imzaladılar.

Sazişə imza atan üç pariya rəhbəri qarşılıqlı olaraq bir-birilərinə hüquqi, təşkilati yardımlar göstərmək, demokratiya uğrunda bütün qüvvələrlə əməkdaşlığa çalışmaq, demokratik seçki mühiti və qanunverici bazanın yaradılması üçün fəaliyyət göstərmək, dünyada və ölkədə baş verənlərə birgə münasibət bildirmək, cəmiyyətdə siyasi həmrəyliyin dərinləşməsinə çalışmaq kimi öhdəliklər götürdülər.

Partiya sədrlərinin açıqlamalarına görə, bu qurumun gələcəkdə seçki blokuna çevrilməsi istisna deyil. Lakin hazırda qurumun heç bir seçkiyə aidiyyatı olmadığı bildirilir.

Mirəlioğlunun sözlərinə görə, Demokratiya Uğrunda İttifaqın müxalifətin digər blok və partiyalarından fərqi hamının bir yerdə olmasına çalışmasıdır. İttifaqa başqa partiyaların da qoşulması mümkündür.

Xəbər lenti

Xəbər lenti