Azərbycan Prezidentinin Koreyaya səfərində əməkdaşlıqla bağlı konkret addımlar atılacaq
Azərbaycan, Bakı / Trend müxbir E. Hüseynli/ Azərbaycan prezidenti İlham Əliyevin Koreyaya rəsmi səfəri zamanı iki ölkə arasında əməkdaşlığının inkişafı və perspektivi üçün konkret addımlar atılacaq. Bu barədə çərşənbə günü Azərbaycan prezidentinin Koreyaya səfərini şərh edən Prezidentin İcra Aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov məlumat verib.
Məmmədov prezidentin səfəri zamanı bir sıra sənədlərin imzalanacağını və hazırda bu sənədlər üzərində iş aparıldığını deyib. Onun sözlərinə görə, Koreya Azərbaycanla əməkdaşlıqda maraqlıdır və buna ciddi önəm verir:"Məhz ona görə də Koreya dövləti başçısının dəvəti ilə Azərbaycan prezidentinin həmin dövlətə səfəri həyata keçirilir".
Prezident aprelin 23-də Koreyaya səfər edəcək.