...

Azərbaycanın daxili işlər orqanlarında çalışan sahə müvəkillərinə əlavə səlahiyyətlər verilib

Siyasət Materials 19 Aprel 2007 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanın daxili işlər orqanlarında çalışan sahə müvəkillərinin hüquq və vəzifələrində dəyişiklik edilib və onların səlahiyyətləri artırılıb. Bu barədə cümə axşamı Daxili İşlər Nazirliyinin mətbuat xidməti Ehsan Zahidov məlumat verib.

Onun sözlərinə görə, sahə müvəkillərinə verilən səlahiyyətlər əsasında onlar xidməti ərazilərində baş verən cinayətlərin açılmasını özləri həyata keçirəcək, cinayətkarların tutulması və axtarışa verilməsi prosesini reallaşdıracaqlar. Onlara xidməti silahlardan istifadəyə də icazə verilməsi əlavə səlahiyyətlərə aiddir.

Sahə müvəkilliyində, əlavə səlahiyyətlərə görə, yeni ştatların açılması da nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti