Azərbaycan, Bakı /müx. Trend A.İsmayılova, E.Hüseynov/ Aprelin 23-də səhər Azərbaycan prezidenti İlham Əliyevin Koreyaya rəsmi səfəri başlayıb. Bu barədə Trend ə Seuldan telefon vasitəsilə Azərbaycan prezidentinin mətbuat xidmətinin nümayəndələri məlumat veriblər.
Dövlət başçısı milli memorial kompleksi önünə əklil qoyub. Səfərin gündəliyinə əsasən prezident igamətgahının qarşısında görüşün rəsmi hissəsi keçiriləcək. Sonra prezidentlər İlham Əliyevlə Rox Mu Xyun təkbətək formatda və hökumət nümayəndələrinin iştirakı ilə geniş tərkibdə görüş keçirəcəklər.
Danışıqların nəticələrinə əsasən ikitərəfli sənədlərin imzalanması mərasimi və prezidentlərin birgə brifinqi planlaşdırılır.
Səfər aprelin 25-də başa çatacaq.