...

Daxili işlər nazirinin müavini: "Axtarışda olan bütün cinayətkarların tutulması üçün müvafiq tədbirlər görülür "

Siyasət Materials 26 Aprel 2007 13:36 (UTC +04:00)
Daxili işlər nazirinin müavini: "Axtarışda olan bütün cinayətkarların tutulması üçün müvafiq tədbirlər görülür "

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Polisin cinayətkarları himayə etməsi mümkün deyil. Bu barədə cümə axşamı Bakıda Azərbaycan daxili işlər nazirinin müavini, general-leytenant Vilayət Eyvazov bildirib.

DİN-nin Baş Cinayət-Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, müxtəlif cinayətlərin törədilməsində təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilmiş Hacı Məmmədovun başçılıq etdiyi dəstənin bəzi üzvlərinin hələ də azadlıqda olması və bəzi polislərin axtarışda olan şəxslərə himayədarlıq etmələrinə dair fikirlərə münasibət bildirən nazir müavini bunu "səhv fikir" adlandırıb.

"Axtarışda olan bütün cinayətkarların tutulması üçün müvafiq tədbirlər görülür. Polis həmişə cinayətkarlıqla mübarizə sahəsində prinsipial olub və bu gün də həmin prinsipiallıq davam edir. Polisin axtarışda olan cinyətkarlara himayədarlıq etməsi haqqında deyilənlər səhv fikirdir" - deyə general-leytenant bildirib.

Xəbər lenti

Xəbər lenti