...

Azərbaycan prezidenti BMT və Türkiyə nümayəndələrini qəbul edib

Siyasət Materials 26 Aprel 2007 20:30 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/ Azərbaycan prezidenti İlham Əliyev aprelin 26-da Bakıda keçirilən "Dözümlülük və qarşılıqlı anlaşmanın inkişafında KİV-in rolu" mövzusunda beynəlxalq konfransın iştirakçılarından BMT-nin fikir və söz  azadlığı hüququnun təşviqi və qorunması üzrə xüsusi məruzəçisi Ambeyi Liqabonu və Türkiyə parlamentinin keçmiş sədri Hikmət Çətini qəbul edib.

Ambeyi Liqabo Bakıda keçirilən beynəlxalq konfransa dəvət aldığına görə minnətdarlığını bildirib və tədbirin əhəmiyyətini vurğulayıb.

Görüşdə Azərbaycanda fikir və söz azadlığının təmin edilməsi sahəsində görülən tədbirlər, bu sahədə Azərbaycan ilə BMT arasındakı əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Hikmət Çətin isə beynəlxalq konfransın Bakıda yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq belə mötəbər tədbirlərin Azərbaycanda keçirilməsini ölkəmizin beynəlxalq aləmdə qazandığı uğurların təzahürü kimi dəyərləndirib.

Prezident İlham Əliyev ölkəmizdə bu səpkidə beynəlxalq konfransların müntəzəm olaraq keçirilməsinin böyük əhəmiyyət daşıdığını və Azərbaycanın dünyada mövqelərinin möhkəmlənməsində mühüm rolunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti