...

Azərbaycan prezidenti Avropa Gənclər Forumunun üzvlər şurası iclasının iştirakçılarına məktub ünvanlayıb

Siyasət Materials 27 Aprel 2007 20:29 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/ Azərbaycan prezidenti İlham Əliyev aprelin 27-də Avropa Gənclər Forumunun üzvlər şurası iclasının iştirakçılarına məktub ünvanlayıb. Məktubda bildirilir ki, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının Avropa Gənclər Forumu ilə əlaqələrinin möhkəmləndirilməsi və inkişafı böyük əhəmiyyət daşıyır. "Ölkəmizdə müstəqil dövlət quruculuğunun fəal iştirakçısı kimi gənclərə lazımi diqqət və qayğı göstərilir. Gənclərimizin ictimai, siyasi və mədəni həyatda daha yaxından iştirakı üçün əlverişli şərait yaradılır, problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir. 2007-ci ilin Azərbaycanda "Gənclər ili" elan edilməsi onlara dövlət qayğısının bariz nümunəsidir".

Məktubda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin respublikamızda gənclərin həyatına mənfi təsir göstərdiyi də vurğulanır.

Xəbər lenti

Xəbər lenti