...

Bakıya Gürcüstanın baş prokuroru gəlir

Siyasət Materials 30 Aprel 2007 12:16 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ Gürcüstanın baş prokuroru Zurab Adeişvilinin Bakıya səfəri zamanı iki ölkə arasında hüquq-mühafizə sahəsində ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə olunacaq. Gürcüstanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Adeişvili Bakıya bu axşam gələcək.

Gürcüstanın baş prokurorunun rəsmi görüşləri sabah keçiriləcək. Hazırda səfər proqramının detalları razılaşdırılır. Güman edilir ki, Adeişvilini Azərbaycan prezidenti İlham Əliyev və baş prokuror Zakir Qaralov qəbul edəcək.

Səfirlikdən bildiriblər ki, danışıqların yekunlarına dair əməkdaşlıqla bağlı idarələrarası sazişin imzalanması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti