...

Azərbaycan XİN-i Elmar Məmmədyarovun Mərakeşə səfərinin proqramını açıqlayıb

Siyasət Materials 30 Aprel 2007 14:16 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov mayın 2-dən 5-dək Mərakeşdə rəsmi səfərdə olacaq. Bu barədə bazar ertəsi günü məlumat verən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bildirib ki, səfər çərçivəsində Məmmədyarov mərakeşli həmkarı Məhəmməd Benayssa, parlamentin yuxarı palatasının sədri Mustafa Ukaça, baş nazir İdris Cetun, energetika və təbii resurslar naziri Məhəmməd Butaliblə görüşəcək.

Azərbaycan XİN rəhbəri həmçinin İSESCO-nun yaranmasının 25 illiyinə həsr olunmuş tədbirə qatılacaq və bu qurumun baş katibi Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüş keçirəcək.

Səfər çərçivəsində Məmmədyarovun Mərakeşin Fes və Kasablanka şəhərlərinə gedəcəyi də nəzərdə tutulur. Kasablankada Məmmədyarov İslam Ticarət İnkişafı Mərkəzinə baş çəkəcək.

Mayın 5-də Azərbaycan XİN rəhbəri Mərakeşdən Misirə gedəcək. Qeyd edək ki, mayın 6-da Azərbaycan prezidenti İlham Əliyev Misirə rəsmi səfər edəcək.

Xəbər lenti

Xəbər lenti