...

ADP partiyanın keçiriləcək qurultayına yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib

Siyasət Materials 3 May 2007 16:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Demokrat Partiyası (ADP) qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi partiyanın mayın 27-də keçiriləcək IX qurultayına yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova məktubla müraciət edib. Bu barədə cümə axşamı Bakıda ADP-nin mətbuat xidmətindən məluma verilib.

ADP-nin müraciətində qurultayın keçirilməsi üçün münasib olan bir neçə yerdən birinin icarəyə verilməsi istənilir. Həmin siyahıda Rəşid Behbudov adına Mahnı Teatrı, Şəhriyar adına Mədəniyyət Sarayı, Azərbaycan Kinoteatrı, Azərbaycan Milli Elmlər Akademiyasının akt zalı, Azərbaycan Akademik Dram Teatrı və Dənizçilərin Mədəniyyət sarayı var.

Qeyd edək ki, müxalifəti təmsil edən sağ mərkəzçi ADP 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən yaradılıb. 2000-ci ildən partiyaya Milli Məclisin keçmiş sədri, hazırda ABŞ-da mühacirətdə olan Rəsul Quliyev rəhbərlik edib. Bu ilin aprel ayında ADP-də parçalanma baş verib. ADP Rəsul Quliyev və Sərdar Cəlaloğlunun tərəfdarlarından ibarət iki hissəyə bölünüb. Sonradan R.Quliyevin tərəfdarları ADP adından imtina edib.

Xəbər lenti

Xəbər lenti