...

Yeni Azərbaycan Partiyasının sədr müavini: "Prezident seçkilərində partiyanın namizədi İlham Əliyev qələbə çalacaq"

Siyasət Materials 3 May 2007 17:43 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının sədr müavini: "Prezident seçkilərində partiyanın namizədi İlham Əliyev qələbə çalacaq"

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov cümə günü bəyan edib ki, 2008-ci il prezident seçkilərində partiyanın namizədi, Azərbaycan prezidenti İlham Əliyevin qələbə çalacağına heç kimdə şübhə yoxdur. Əhmədov Trend ə eksklüziv açıqlamasında bunu onunla izah edib ki, İlham Əliyev 2003-cü ildə prezident seçiləndən sonra Azərbaycanın inkişaf tempi əhəmiyyətli dərəcədə yüksəlib və dünya birliyində mövqeyi möhkəmlənib.

YAP sədri müavininin sözlərinə görə, Azərbaycanın indiki siyasi reallığı 2008-ci il prezident seçkilərində İlham Əliyevin rəqiblərinin olacağını da şübhə altına alır. "Biz seçkilərdə partiyanın namizədinin mütləq şəkildə uğur qazanacağına əminik" - deyə Əhmədov bildirib.

Onun sözlərinə görə, ilyarım qalmasına baxmayaraq, YAP prezident seçkiləri kampaniyasına start verib.

Xəbər lenti

Xəbər lenti