...

Azərbaycanın Gəncə şəhərində yol hərəkət qaydalarının pozulma faktı 30% artıb

Siyasət Materials 4 May 2007 11:42 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Bu ilin yanvar-aprel aylarında Gəncə şəhərində 5 min 489 nəfər yol hərəkəti qaydalarını pozub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 30% çoxdur. Bu barədə məlumatı cümə günü Gəncə şəhər Yol Polisi İdarəsinin rəis müavini Rahil Məmmədov verib. Onun sözlərinə görə, hesabat dövründə şəhərdə baş vermiş yol nəqliyyat hadisələrinin sayı isə 37-ə çatıb ki, nəticədə altı nəfər vəfat edib, 45 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Məmmədov bildirib ki, yol hərəkəti qaydalarını pozanlardan 392-si sükanı sərxoş halda idarə edənlər olub.

Məmmədovun bildirdiyinə görə, BMT-nin elan etdiyi ümumdünya yol hərəkəti təhlükəsizliyi həftəsi ilə əlaqədar təşkil olunmuş reydlər zamanı isə Gəncədə 426 müxtəlif yol qaydalarının pozulması faktı qeydə alınıb.

Azərbaycanın Gəncə şəhəri paytaxt Bakıdan 360 kilometr qərbdə yerləşir. Azərbaycanın ikinci ən böyük sənaye şəhəri sayılır. Əhalisi 400 minə yaxındır.

Xəbər lenti

Xəbər lenti