...

İqbal Ağazadə: "Qurultay Ümid Partiyasının prezidentliyə namizədini müəyyənləşdirəcək"

Siyasət Materials 4 May 2007 11:51 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Ümid Partiyasının mayın 6-da keçiriləcək qurultayında İqbal Ağazadə partiya sədrliyinə yeganə namizəd olacaq. Bu barədə Ağazadə məlumat verib.

Ağazadə qeyd edib ki, ondan başqa namizədliyini irəli sürən yoxdur. Onun sözlərinə görə, sədrliyə yalnız bir namizədin olması Ümid Partiyasının Nizamnaməsinə zid deyil.

Ağazadə bildirib ki, qurultayda Ümid Partiyasının sədrliyinə, Ali Məclisinə, Mərkəzi Nəzarət Təftiş Komissiyasına seçkilər keçiriləcək, Nizamnaməyə əlavə və dəyişikliklər ediləcək, həmçinin qarşıdan gələn prezident seçkiləri ilə bağlı partiyanın prezidentliyə namizədi müəyyənləşəcək.

Qurultay Ağazadənin 2008-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə dair qərar çıxaracaq.

Müxalifəti təmsil edən Ümid Partiyasının sədri Ağazadə Milli Məclisin deputatıdır.

Xəbər lenti

Xəbər lenti