...

Azərbaycanda yaşayan fransızlar Nikolya Sarkoziyə səs veriblər

Siyasət Materials 7 May 2007 12:27 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ Fransadakı prezident seçkilərinin ikinci mərhələsi ilə əlaqədər bu ölkənin Bakıdakı səfirliyində bazar günü təşkil edilmiş səsvermədə sağların nümayəndəsi Nikolya Sarkozi qalib gəlib. Səsvermədə iştirak edən 52 seçicidən 29 nəfər Sarkoziyə, 23 nəfər isə Seqolen Ruayala səs verib. Bu barədə Fransanın Azərbaycandakı səfirliyindən verilən məlumatda bildirilir.

Fransadakı seçkilərin nəticələrinə əsasən, Sarkozi 53,06%, Ruayal isə 46,94% səs qazanıb. İki namizəd arasındakı fərq 2 milyondan artıq səs təşkil edib.

Bu seçkilərdə qeydə alınan seçici fəallığı son 20 ildə ən yüksək olub. Müvafiq göstərici 85%-dən artıq olub.

Xəbər lenti

Xəbər lenti