...

Baş nazirin müavini: "Azərbaycanda Heydər Əliyev Akademiyası yaradılmalıdır"

Siyasət Materials 7 May 2007 16:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda Heydər Əliyev Akademiyası yaradılmalıdır. Bazar ertəsi hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Bakının "Gülüstan" sarayında keçirilən "Heydər Əliyev yolu Azərbaycanın yeni inkişaf mərhələsində" adlı konfransda başa nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov belə bir təkliflə çıxış edib.

Baş nazirin müavini qeyd edib ki, Heydər Əliyev yolu bütün türk dünyasının yoludur: "Bü gün Azərbaycanda Heydər Əliyev Fondu və Heydər Əliyevin adı ilə bağlı olan başqa təşkilatlar fəaliyyət göstərir. Hesab edirəm ki, Heydər Əliyev Akademiyasının yaradılması yaxşı olardı. Bu akademiyada təkcə azərbaycanlı tələbələr deyil, ölkəmizə təhsil almaq üçün gələn xaricilər də Heydər Əliyevin zəngin irsini öyrənərdilər".

YAP sədrinin müavini, icra katibi, millət vəkili Əli Əhmədov qeyd edib ki, Azərbaycan tarixinin böyük bir hissəsi Heydər Əliyevin adı ilə bağlıdır. 1970-ci illərdən etibarən Heydər Əliyev Azərbaycan tarixinin yeni-yeni səhfələrini yazıb.

"Azərbaycanda müstəqil, dünyəvi dövlətin yaranması Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev ölkəmizin bütün sahələrində islahatlar apardı, xalqın rifah halını yaxşılışdırdı, Azərbaycanı hərtərəfli inkişaf etdirdi", -deyə YAP rəsmisi əlavə edib.

YAP sədrinin müavini, Milli Məclisin keçmiş sədri Murtuz Ələsgərov konfransda "Heydər Əliyev və parlamentarizim" mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, H.Əliyevin dövründə Milli Məclis beynəlxalq əlaqələrini genişləndirib, ölkənin inkişafının qanunvericilik bazası formalaşdırıb: "Ən əsası isə Heydər Əliyev Azərbaycan parlamentinə siyasi mədəniyyət gətirib".

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Heydər Əliyevin ətraf mühütin qorunması sahəsində həyata keçirdiyi işlərdən danışıb. Qeyd edib ki, H.Əliyevin qayğısı nəticəsində ölkədə qoruqlar, Milli Parklar yaradılıb: "Dörd il ərzində xüsusi mühafizə olunan ərazilər iki dəfə genişlənib".

Konfransda millət vəkili İsmayıl Hacıyev "Heydər Əliyev və Naxcıvan", Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov "Yeni cəmiyyət, yeni lider" mövzusunda məruzə ilə çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti