...

Azərbaycan prezidenti Fransanın yeni prezidentini təbrik edib

Siyasət Materials 7 May 2007 18:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycan prezidenti İlham Əliyev bu gün Nikola Sarkoziyə Fransanın yeni prezidenti seçilməsi münasibətilə təbrik məktubu göndərib. Təbrik məktubunda Əliyev Azərbaycan ilə Fransa arasında təşəkkül tapmış dostluq münasibətlərinə böyük əhəmiyyət verdiyini deyib.

"Əminəm ki, ölkələrimiz arasındakı əlaqələr, qarşılıqlı maraq doğuran bir çox sahələrdə əməkdaşlığımız xalqlarımızın rifahı naminə daim inkişaf edəcək" - deyə Əliyev təbrik məktubunda söyləyib.

Xəbər lenti

Xəbər lenti