...

Azərbaycan-Rusiya sərhədində gediş-gəliş sadələşdiriləcək

Siyasət Materials 10 May 2007 18:40 (UTC +04:00)

Azərbaycan, Quba / Trend müxbir A.Qafarov/ Dağıstan tərəfi dövlət sərhəd xidmətinin rəhbərliyinə gediş-gəlişin sadələşdirilməsi üçün Rusiya və Azərbaycana müraciət edilib.

Bu barədə bu gün jurnalistlərə Xaçmazda səfərdə olan Dağıstanın xarici əlaqələr və milli siyasət naziri Eduard Rzayev açıqlama verib.

Xaçmazda olan Dərbənd şəhər meri Qurban Qurbanov isə deyib ki, Xaçmaz və Dərbənd iş adamları üçün yeni-yeni biznes əlaqələri yaradılmalıdır. Qurbanovun sözlərinə görə, Dərbənddəki istehsal müəssisələri Xaçmaz ərazisində, eləcə də Xaçmazın müəssisələri Dərbənd ərazisində açılmalıdır.

Azərbaycanın Xaçmaz rayonu paytaxt Bakıdan 151 km məsafədə yerləşir, 130 min əhalisi var.

Xəbər lenti

Xəbər lenti