...

Avropa Şurasının Aqo Qrupu Cənubi Qafqaz regionuna səfər edəcək

Siyasət Materials 11 May 2007 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynov/ Avropa Şurası Nazirlər Komitəsinin Aqo Qrupu iyulun birinci ongünlüyündə Cənubi Qafqaz ölkələri - Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək. Bu barədə cümə günü telefonla Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəsi, səfir Arif Məmmədov məlumat verib.

Onun sözlərinə görə, dünən axşam Strasburqda Elmar Məmmədyarovun da iştirak etdiyi Aqo Qrupunun iclası keçirilib. Müzakirələrin əsas mövzularından biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması olub. Bununla əlaqədar Aqo Qrupu nazirləri ayrılıqda Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov və Ermənistan XİN rəhbəri Vardan Oskanyanla məsləhətləşmələr aparıblar. Diplomat bildirib ki, Aqo Qrupunun regiona gələcək səfəri ilə bağlı razılıq əldə olunub.

Arif Məmmədov əlavə edib ki, görüş çərçivəsində, xüsusilə də Azərbaycanla münaqişənin tənzimlənməsi ilə yanaşı Avropa Şurasına (AŞ) daxil olarkən ölkənin üzərinə götürdütyü öhdəliklər və digər məsələlər müzakirə olunacaq.

Aqo Qrupu 2001-ci ildə Azərbaycan və Ermənistan AŞ-a üzv qəbul olunduğu vaxt yaradılıb. Avropa Şurası Nazirlər Komitəsi çərçivəsində fəaliyyət göstərməklə Ermənistanın AŞ qarşısında öhdəliklərinin yerinə yetirilməsi ilə məşğul olur. Qrup İtaliyanın AŞ-dakı səfiri Petro Erkole Aqonun adı ilə adlandırılıb.

Onun istefasından sonra qrupa Almaniyanın AŞ-dakı səfiri Roland Veqener rəhbərlik edib. 2006-cı ilin ortalarında isə missiyaya rəhbərlik İsveçin AŞ-dəkı səfiri Qper Styorqana həvalə olunub. Sonuncu dəfə Aqo Qrupu Azərbaycana 2006-cı ilin iyununda səfər edib və ölkənin Şura qarşısında götürdüyü Seçki Məcəlləsində dəyişiklik, məhkəmə sistemində islahatlar kimi öhdəlikləri müzakirə olunub.

Elmar Məmmədyarov cümə günü keçiriləcək Avropa Şurası Nazirlər Kmmitəsinin 117-ci sessiyası ilə əlaqədar Strasburqdadır.

Xəbər lenti

Xəbər lenti