...

Ağdam, Tərtər və Beyləqan rayonlarının inzibati ərazi bölgüsündə dəyişikliklə bağlı qanun layihələri müzakirə olunub

Siyasət Materials 11 May 2007 18:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Məclisin Regional məsələlər daimi komissiyasının cümə günü keçirilən iclasında Ağdam, Tərtər və Beyləqan rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə olunub. Bu barədə cümə günü Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Komissiyanın sədri Arif Rəhimzadə bildirib ki, dəyişikliklər adı çəkilən rayonların Nəmirli, Tağıbəyli, Azad Qaraqoyunlu, Qazyan, Səhləbad, Hüsənli, İmamqulubəyli, Çullu, Quzanlı, Əhmədli, Aşıqalılar və Orta Əlinəzərli kəndlərini, Yeni Mil, Şəfəq, Milabad, Bahar və Qəhrəmanlı qəsəbələrini əhatə edir.

İclasda Bərdə rayonunun bəzi ərazi vahidlərinin adlarının dəqiqləşdirilməsi barədə qanun layihəsinə də baxılıb. İrad və təkliflərini bildirən komissiya üzvləri yer adlarının dəyişdirilməsində tarixilik prinsipinin əsas götürülməsi vacibliyini vurğulayıblar. Toponimiya komissiyasında bu məsələlərin dəqiqləşdirilməsi daha məqsədəuyğun sayılıb.

Qanun layihələrinin Milli Məclisin iclasında müzakirəyə çıxarılması tövsiyyə olunub.

Xəbər lenti

Xəbər lenti