...

GUAM sülhməramlı qüvvələrinin yaradılması ilə bağlı yekun qərar Bakıda qəbul olunacaq

Siyasət Materials 15 May 2007 12:28 (UTC +04:00)
GUAM sülhməramlı qüvvələrinin yaradılması ilə bağlı yekun qərar Bakıda qəbul olunacaq

Azərbaycan, Bakı /müx. Trend A.İsmayılova/ İyun ayında Bakıda keçiriləcək GUAM sammitində Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın sülhməramlı qüvvələrinin formalaşdırılması ilə bağlı danışıqların yekununa dair qərar qəbul ediləcək. Bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyinin hərbi attaşesi Vaxtanq Çanadiri məlumat verib.

Onun sözlərinə görə, dövlət başçılarının toplantısından öncə mayda Moldovada GUAM-ın sülhməramlı qüvvələrinin formalaşdırılması üzrə hərbi ekspertlərin görüşü keçiriləcək.

Bununla belə hərbi attaşe görüşün dəqiq vaxtını açıqlamayıb. Çanadiri eyni zamanda yeni sülhməramlı bölmələrin yaradılmasının detallarını şərh etməyib.

Qeyd edək ki, iyunun 19-da Bakıda "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat-GUAM" dövlət başçılarının ikinci sammiti keçiriləcək. Sammitdən öncə xarici işlər nazirləri Şurasının və Milli Koordinatorlar Komitəsinin iclasları baş tutacaq. Həmin görüşlərdə dövlət başçılarının sammitinin gündəliyi hazırlanıb təsdiq ediləcək.

Xəbər lenti

Xəbər lenti