...

Azərbaycan parlamentinin sədri Bolqarıstanın ədliyyə naziri ilə görüşüb

Siyasət Materials 16 May 2007 17:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Məclisin sədri Oqtay Əsədov çərşənbə axşamı Bakıda səfərdə olan Bolqarıstanın ədliyyə naziri Georgi Petkanovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Milli Məclisin sədri Azərbaycanın Bolqarıstanla əlaqələrin inkişfında maraqlı olduğunu, dövlət başçılarının qarşılıqlı səfərlərinin əməkdaşlığın daha da möhkəmlənməsində xüsusi əhəmiyyətini vurğulayıb. Əsədov parlamentlərarası əlaqələrdən danışarkən hər iki ölkənin qanunverici orqanlarındakı müvafiq dostluq qruplarının rolunu diqqətə çadırıb, Bolqarıstanın ədliyyə nazirinin Azərbaycana səfərinin iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcəyini deyib.

Milli Məclisin sədri Azərbaycanın sosial-iqtisadi inkişafı, Dağlıq Qarabağ münaqişəsinə də toxunub.

Georgi Petkanov səfər çərçivəsində keçirdiyi görüşlər barədə Milli Məclis sədrinə məlumat verib. Bildirib ki, Azərbaycan və Bolqarıstan ədliyyə nazirlikləri arasında əməkdaşlığın genişlənməsi ikitərəfli əlaqələrin inkişafı baxımından da faydalı olacaq.

Xəbər lenti

Xəbər lenti