...

Parlament "Daxili audit haqqında" qanun layihəsini qəbul edib

Siyasət Materials 22 May 2007 17:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında "Daxili audit haqqında" qanun layihəsi qəbul olunub. Parlamentin İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə bildirilib ki, bu qanun Azərbaycanda daxili audit xidmətinin təşkilini, daxili auditin həyata keçirilməsinin hüquqi əsaslarını, daxili auditorların hüquq və vəzifələrini müəyyən edir, menecmentin səmərəliyinin artırılmasını, daxili resurslardan rasional istifadə edilməsini, risklərin idarə olunmasını nəzərdə tutur.

Qanun layihəsi birinci və ikinci oxunuşda parlamentdə müzakirə olunub və qəbul edilib. "Daxili audit haqqında" qanun layihəsinin hazırlanmasında məqsəd Azərbaycanda audit xidməti sahəsində idarəetmənin səmərəliliyinin artırılması, risklərin qiymətləndirilməsi və daxili ehtiyatlardan məqsədəuyğun istifadə edilməsinin təmin olunmasıdır. Layihənin Milli Məclisdə ikinci oxunuşda müzakirəsi zamanı verilən təkliflərin əksəriyyətini nəzərə alınıb və  qanun əsaslı surətdə təkmilləşdirilib.

Müzakirələrdən sonra qanun layihəsi ücüncü oxunuşda qəbul olunub.

Xəbər lenti

Xəbər lenti