...

Azərbaycan parlamentinin sədri Polşada görüşlər keçirir

Siyasət Materials 22 May 2007 15:56 (UTC +04:00)
Azərbaycan parlamentinin sədri Polşada görüşlər keçirir

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva / Azərbaycan parlamentinin sədri Oqtay Əsədovun bu gün Varşavada Polşanın rəsmi şəxsləri ilə keçirəcəyi görüşlərdə əsas müzakirə predmeti ikitərəfli və regional əməkdaşlıq, habelə Azərbaycanla Polşa qanunvericilik orqanları arasında əməkdaşlıq perspektivləri olacaq. Bu barədə Azərbaycanın Polşadakı səfirliyindən məlumat veriblər.

Bu gün və sabah Varşavada Milli Məclis sədri Polşa Senatının sədri Boqdan Boruseviç, Seymin sədri Lüdviq Dorn, baş nazir Yaroslav Kaçinski və xarici işlər naziri Anna Fotıqa ilə danışıqlar aparacaq.

Axşam isə Azərbaycanın nümayəndə heyəti Azərbaycanın Polşadakı səfirliyi tərəfindən 28 may Respublika Günü münasibəti ilə təşkil olunacaq təntənəli ziyafətdə iştirak edəcək.

Səfər proqramına həmçinin Polşa iqtisadiyyat naziri ilə, Polşa-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədri Pyotr Vojnyakla görüş daxildir. Güman olunur ki, nümayəndə heyətini Polşa prezidenti Lex Kaçinski də qəbul edəcək.

Qeyd edək ki, Varşavaya gəlməzdən öncə Milli Məclisin nümayəndə heyəti Qdansk şəhərində olub. Burada şəhər rəhbərliyi ilə görüş keçirilib, sənaye müəssisələri ilə tanışlıq olub. Səfər zamanı Əsədovu Polşa Senatının sədri Boqdan Boruseviç müşayət edib.

Xəbər lenti

Xəbər lenti