...

Azərbaycan prezidenti Əhməd Necdət Sezərə başsağlığı verib

Siyasət Materials 23 May 2007 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan prezident İlham Əliyev çərşənbə günü Ankaradakı ticarət mərkəzində baş vermiş partlayış nəticəsində insan tələfatı ilə əlaqədar Türkiyə prezidenti Əhməd Necdət Sezərə başsağlığı verib.

"Ankaradakı ticarət mərkəzində baş vermiş partlayış nəticəsində insan tələfatı xəbərini dərin kədər hissi ilə qarşıladım. Biz törədilmiş terror aktından hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı mübarizədə birgə səylər göstərilməsini zəruri hesab edirik" - deyə başsağlığı məktubunda qeyd olunub.

Başsağlığı məktubunda qeyd olunub ki, "baş vermiş faciə ilə əlaqədar dərdinizə şərik çıxır, yaralananlara və xəsarət alanlara şəfa diləyir, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm".

Mayın 22-də axşam saatlarında Ankaranın ticarət mərkəzlərindən birində törədilən terror aktı nəticəsində 6 nəfər həlak olub, 100 nəfər isə yaralanıb.

Xəbər lenti

Xəbər lenti