...

Parlament sədri: "Təhsil haqqında" qanunun payıza saxlanılması layihənin mükəmməl olmaması ilə bağlıdır"

Siyasət Materials 25 May 2007 14:35 (UTC +04:00)
Parlament sədri: "Təhsil haqqında" qanunun payıza saxlanılması layihənin mükəmməl olmaması ilə bağlıdır"

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ "Təhsil haqqında" qanun layihəsində bir sıra çıtışmazlıqlar var və ona görə də, qanun layihəsinin müzakirəsi parlamentin payız sessiyasına saxlanılıb. Bu barədə Milli Məclisin cümə günü keçirilən iclasında spiker Oqtay Əsədov deputat Pənah Hüseynin fikirlərinə münasibət bildirərkən məlumat verib.

Musavat deputat qrupunun üzvü Hüseyn bildirib ki, onlarda olan məlumata görə, "Təhsil haqqında" yeni qanun layihəsinin müzakirəsinin parlamentin payız sessiyasına saxlanılması Maliyyə və İ qtisadi İnkişaf nazirliklərinin təzyiqi nəticəsində baş verib. Onun sözlərinə görə, layihədə təhsil sahəsinə böyük məbləğdə maliyyə vəsaitlərinin ayrılması nəzərdə tutulduğuna görə, Maliyyə və İqtisadi İnkişaf nazirlikləri bununla razılaşmayıblar.

Hüseynin bu fikirlərinə münasibət bildirən spiker Əsədov deputatı böhtan atmaqda ittiham edib. Spiker qeyd edib ki, "Təhsil haqqında" qanunun parlamentin payız sessiyasına saxlanılması heç bir nazirliyin təzyiqi nəticəsində baş verməyib. Onun sözlərinə görə, layihə komissiyada müzakirə olunan zaman iclasda 97 nəfər iştirak edib, bunlardan da 40-ı millət vəkili olub. Bütün deputatlar müzakirələrə dəvət ediliblər.

Əsədov bildirib ki, Azərbaycanda uzun müddətdir "təhsil haqqında" qanun qəbul edilməyib Komissiyada müzakirə olunan layihədə isə bir sıra çatışmazlıqlar var idi. Onların aradan qaldırılması və mükəmməl bir qanunun qəbul olunması üçün müzakirələr parlamentin payız sessiyasına saxlanılıb. Spiker əlavə edib ki, bu qərarı millət vəkilləri özü verib.

Xəbər lenti

Xəbər lenti