...

Azərbaycan prezidenti ATƏT Minsk Qrupunun həmsədrləri ilə görüşüb

Siyasət Materials 25 May 2007 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend /Cümə günü Bakıda ATƏT Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya) və Bernar Fasye (Fransa) Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə Ermənistan - Azərbaycan - Dağlıq Qarabağ münaqişəsinin həlli məsələlərini müzakirə ediblər. Görüşün gündəliyinə münaqişənin həlli ilə bağlı vəziyyət daxil edilib.

Bu gün həmsədrlər Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla da görüşüblər. Görüş bağlı qapılar arxasında keçib.

Vasitəçilər Bakıya cümə axşamı axşam gəliblər. Onlar Ermənistan XİN rəhbəri Vardan Oskanyan və Ermənistan prezidenti Robert Köçəryanla apardıqları danışıqların detallarını Bakı hava limanında onları qarşılayan jurnalistlərlə müzakirə etməkdən imtina ediblər. Fransalı həmsədr Bernar Fasye bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların gedişatı Bakıdakı görüşlərdən asılı olacaq. Səfər zamanı həmsədrlər həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 10-na Sankt-Peterburqa təyin olunmuş görüşünün mümkünlüyünü müzakirə edəcəklər.

Bu günə Azərbaycan tərəfi ilə danışıqların yekununa həsr olunmuş mətbut konfransı planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti