...

Azərbaycanın müxalifət partiyaları vahid memorandum ətrafında razılığa gəldilər (video)

Siyasət Materials 25 May 2007 19:29 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyaları vahid memorandum ətrafında razılığa gəldilər (video)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın iri müxalifət partiyaları vahid Memorandum ətrafında razılığa gəldilər. Cümə günü siyasi partiyaların, QHT nümayəndələri və ictimai xadimlərin iştirakı ilə cümə günü keçirilən Milli Forumun sonunda Memorandum imzalandı. Sənəddə demokratiyanın inkişafı, demokratik seçki mühitinin yaradılması, azad seçkilər keçirilməsi, insan haqlarının, medianın, söz azadlığının qorunması, həmçinin Qarabağla bağlı məsələlərlə əlaqədar partiyaların, ictimai qüvvələrin, bəzi KİV-lərin əməkdaşlığı, vahid mövqedən çıxış etməsi nəzərdə tutulur.

Forumun sonunda həmçinin Azərbaycandakı mövcud durumla bağlı siyasi partiyaların vahid müraciətinin hazırlanması və beynəlxalq təşkilatlara göndərilməsi qərara alınıb. Bundan başqa Forumun işçi qrupunun yaradılmasına qərar verilib. Bir neçə partiyanın nümayəndələrindən ibarət olan işçi qrupu müraciət hazırlayacaq, partiyalararası əməkdaşlığı təmin etmək üçün işləri koordinasiya edəcək.

Milli Forumun razılaşmalarına müxalifəti təmsil edən siyasi qurumlardan Müsavat, Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal (ALP), Açıq Cəmiyyət (ACP), Klassik Xalq Cəbhəsi (KXCP), Tərəqqi, İslam Demokrat (AİDP), Milli Demokratiya, Vətəndaş və İnkişaf (VİP) və digər partiyalar, bəzi hüquq müdafiəçiləri və ictimai qurumlar qoşuldular.

Xəbər lenti

Xəbər lenti