...

Ukraynalı politoloq: Ali Radaya seçkilərin müddətinin sentyabrın 30-na təyin olunması siyasətçilərin deyil, Ukrayna xalqının qələbəsidir

Siyasət Materials 29 May 2007 17:09 (UTC +04:00)
Ukraynalı politoloq: Ali Radaya seçkilərin müddətinin sentyabrın 30-na təyin olunması siyasətçilərin deyil, Ukrayna xalqının qələbəsidir

Azərbaycan, Bakı /müxbir Trend A. Qasımova/Ukrayna siyasətçilərinin seçkiləri sentyabrın 30-na təyin etməsi ilə bağlı kompromisə nail olması siyasətçilərin deyil, bütün Ukrayna xalqının qələbəsidir. Ukraynalı politoloq, Siyasi Dəyərlərin Araşdırılması Mərkəzinin direktoru Oles Doni belə hesab edir. Çərşənbə axşamı Kiyevdən telefon vasitəsilə Doni məlumat verib ki, Ukraynadakı vəziyyət o həddə çatmışdı ki, xalq hərbi qarşıdurma olmasa da, güc münaqişəsinin qarşısında dayanmışdı. Belə ki, siyasətçilər güc strukturları, milis və silahlı insanlardan istifadə etmişdi.

Ukraynada siyasi böhran prezident V.Yuşşenkonun Svyatoslav Piskunu Ukrayanın baş prokuroru vəzifəsindən azad etməsindən sonra 24 may 2007-ci il tarixdən sonra kəskinləşib. S.Piskunu baş nazir V.Yanukoviç və Ukrayna DİN rəhbəri V.Tsuşko dəstəkləyib. Bununla belə, məhkəmənin qərarı ilə S.Piskun vəzifəsinə bərpa olunmuşdu. Daha sonra V.Yuşşenko fərmanı ilə daxili qoşunları özünə tabe etmiş və onlara dövlət müəssisələrini mühafizə etməyi tapşırmışdı. Ukrayna prezidenti Viktor Yuşşenko, baş nazir Viktor Yanukoviç və Ali Radanın spikeri Aleksandr Moroz mayın 26-da növbədənkənar parlament seçkilərinin tarixi barədə razılığa gəliblər. Öncə seçkilərin tarixi iyunun 24-nə təyin olumuşdu, lakin ötən həftəsonu ikigünlük məsləhətləşmələrdən sonra tarix sentyabrın 30-na təyin olunub.

"Seçkilərin tarixi barədə razılıq - ilk növbədə prezidentin uğurudur. Koalisiyada partiyalar müharibəsi üstünlük təşkil edirdi. Koalisiya ümumiyyətlə seçkilər keçirmək istəmirdi, buna görə də prezidentə istənilən müddətdə seçkilər lazımlı idi", deyə Doni bildirib. Onun sözlərinə görə, Ali Radanın rəhbəri Aleksandr Moroz çətin vəziyyətdədir. Onun partiyası siyasi reytinqə malik deyil və ola bilsin ki, növbəti parlamentə yalnız Regionlar partiyası (baş nazir Yanukoviçin partiyası) ilə birgə blokla və ya onların dəstəyi ilə düşsün. Buna görə də o, bu razılıqda "azad həlqədir", deyə politoloq əlavə edib.

Onun fikrincə, sentyabrın 30-da seçkilərin keçirilməsi şansı çox böyükdür. Belə ki, parlament seçkilərinə tərəflər məqsəd kimi deyil, siyasi resursların bölüşdürülməsi, qüvvə və hakimiyyətin artırılması kimi baxır və buna görə də hər hansı bir tərəfin uğuruna heç kəs zəmanət verə bilməz. "Növbəti münaqişə seçkilərin nəticələri ilə tərəflərin razı olmaması səbəbindən yaranacaq. Bunun baş verməməsi üçün tərəflər yalnız seçkinin tarixi ilə bağlı razılaşmamalı, həmçinin oyunun qaydaları barədə də razılığa gəlməlidir. Milli maraqların vahid anlayışı lazımdır", deyə Doni əlavə edib.

Xəbər lenti

Xəbər lenti