...

Azərbaycan və Polşa arasında qanunsuz miqrasiya, terrorizm, mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində hökmətlərarası saziş hazırlanır (video)

Siyasət Materials 1 İyun 2007 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Azərbaycan və Polşanın Daxili İşlər nazirlikləri terrorizmlə və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığa hazırdır. Bu barədə cümə günü Azərbaycanın daxili işlər naziri Ramil Usubovla polşalı həmkarı Yanuş Kaçmarek arasında keçirilən görüşdə müzakirələr aparılıb.Görüşdə qonaqlara daxili işlər orqanlarının funksiyaları və fəaliyyət istiqamətləri, mərhum prezident Heydər Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan hüquqi-demokratik islahatlar, həyata keçirilən tədbirlər, bütün bunların nəticəsi olaraq qazanılan uğurlar barədə danışılıb, bu siyasətin indi də davam və inkişaf etdirildiyi vurğulanıb. Nazir qanunsuz miqrasiya, narkotiklərin qanunsuz dövriyyəsi, terrorizmlə mübarizədə beynəlxalq əməkdaşlığı vacib sayıb.

Rəhbərlik etdiyi qurumun funksiyaları və fəaliyyət istiqamətləri barədə məlumat verən Polşanın daxili işlər və administrasiya naziri Kaçmarek ikitərəfli görüşlərin transmilli cinayətkarlıqla mübarizədə mühüm əhəmiyyət daşıdığını qeyd edib. Qonaq Azərbaycan və Polşa arasında qanunsuz miqrasiya, terrorizm, mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində hökmətlərarası sazişin hazırlandığını deyib. Bildirib ki, bu saziş imzalanandan sonra hər iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq haqqında sazişin imzalanması mümkündür. Kaçmarekin Azərbaycana səfəri cümə günü başlayıb. Polşanın nümayəndə heyətini bu gün prezident Ilham Əliyev qəbul edib. Şənbə günü nümayəndə heyətinin Dövlət Sərhəd Xidmətinin sədri Elçin Quliyevlə görüşü nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti