...

İDP sədri: "Müxalifətin yeni Alyansının yaradılması təşəbbüsləri effekt verməyəcək"

Siyasət Materials 2 İyun 2007 13:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ İslam Demokrat Partiyasının (İDP) sədri Tahir Abbaslı hesab edir ki, müxalifət düşərgəsində son dövrlərdə fəal şəkildə gündəmə gələn birlik ideyası yenə də həyata keçməyəcək. Bu barədə Abbaslı şənbə günü açıqlama verib. Abbaslı son vaxtlar müxalifət düşərgəsində birliklə bağlı atılan addımlara münasibət bildirərkən deyib ki, istər Rəsul Quliyevin təşəbbüsü ilə keçirilən Milli Forum, istərsə ardınca müxalifətin yeni Alyansının yaradılması təşəbbüsləri effekt verməyəcək: "Milli Forum öz-özlüyündə təqdir olunası addımdır, amma müxalifət düşərgəsi hələ bu prosesə hazır deyil. Bir daha müşahidə etdim ki, müxalifət liderləri öz maraqlarından əl çəkməyiblər. Forumda başda oturan liderlər sözlərini sona saxlayıb, sonda da birləşə bilməyəcəklərini nümayiş etdirdilər".

İDP sədri hesab edir ki, müxalifət partiyalarının liderləri özlərinə nəinki bu düşərgədə, hətta öz partiyalarında belə alternativ görmək istəmirlər. Buna görə də həm Forum, həm də Alyans yaratmaq cəhdləri ciddi effekt verməyəcək.

Abbaslı deyib ki, müxalifət partiyalarında birinci şəxsin işinə nəzarət məqsədilə ağsaqqalar şurası formatında bir qurum yaradılmalıdır.

İDP müxalifətyönlü, dini təmayüllü partiyadır.

Xəbər lenti

Xəbər lenti