...

Həmyerlilərimiz İmam Xomeyninin ölümünün 18-ci ildönmündə iştirak edəcəklər

Siyasət Materials 4 İyun 2007 14:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyun /müx.TrendLife İradə Əsədova/Bu gün həmyerlilərimiz İmam Xomeyninin rəhmətə getməsinin 18-ci ildönümü ilə bağlı tədbirdə iştirak edəcəklər. Bu məlumata TrendLife-a İran İslam Respublikasının Bakıdakı mədəniyyət mərkəzinin mətbuat katibi verib.

O həmçinin bildirib ki, tədbirdə 40 nəfər iştirak edəcək. Onların arasında Azərbaycan ziyalıları ilə yanaşı şəhid ailələrinin nümayindələri də olacaq. Səfər çərivəsində qonaqlar bir həftə ərzində görməli yerlərlə, ziyarətgahlarla tanış olacaqlar.

Xatırladaq ki, Xomeyni ölkədə şah rejiminin yıxılmasına nail olub. İndi İmam Xomeyninin dəfn edildiyi böyük məscid fəaliyyət göstərir. Hər il ildönümü mərasimində bir çox müsəlman ölkələrindən çoxlu qonaqlar iştirak edir.

Xəbər lenti

Xəbər lenti