Azərbaycan, Bakı /müxbir Trend S.Ağayeva/Çərşənbə axşamı Kişinyovda Azərbaycan və Moldova xarici işlər nazirlikləri arasında məsləhətləşmələr başlayıb. Bu barədə Moldovanın Azərbaycandakı səfiri İon Robu məlumat verib.
Məsləhətləşmələr iki ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində aparılacaq - Azərbaycan tərəfindən Xələf Xələfov və Moldova tərəfindən Eudjenii Kistruqi iştirak edəcək. "Görüşdə Azərbaycan və Moldova arasında ikitərəfli əməkdaşlıq haqqında məsələlərin geniş spektri, həmçinin regional və beynəlxalq problemlər müzakirə olunur" - deyə səfir məlumat verib.
Xələfovun səfər proqramına həmçinin Moldovanın reinteqrasiya naziri Vasile Şovla görüş də daxildir. Azərbaycan nümayəndə heyətini Moldova XİN rəhbəri Andrey Stratanın qəbul edəcəyi də gözlənilir.