...

GUAM ölkələri nüvə təhlükəsizliyi məsələlərində əməkdaşlıq etmək niyyətindədir

Siyasət Materials 5 İyun 2007 14:53 (UTC +04:00)

"Demokratiya və iqtisadi inkişaf naminə təşkilat - GUAM" ölkələri (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) nüvə təhlükəsizliyi sahəsində əməkdaşlıq etmək niyyətindədir.

GUAM üzv ölkələrinin hökumətləri arasında nüvə təhlükəsizliyi məsələləri üzrə əməkdaşlıq haqqında müvafiq Memorandum layihəsi 18-19 iyun tarixində Bakıda keçirilməsi nəzərdə tutulan GUAM-ın növbəti sammitində imzalanmaq üçün hazırlanıb. Bu barədə "UNİAN" məlumat verib.

Memorandumun mətni 15-16 mart tarixində Kiyevdə GUAM-ın milli koordinatorları Şurasının iclasında razılaşdırılıb. Bu yaxınlarda sənəd Ukraynanın iqtisadiyyat sahələrinin inkişafı məsələləri üzrə hökumət komitəsi tərəfindən təsdiq olunub. Komitə Nazirlər Kabinetinin "Demokratiya və iqtisadi inkişaf naminə təşkilat - GUAM-ın üzv dövlətləri arasında nüvə və radiasiya təhlükəsizliyi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında Memorandumun imzalanması haqqında" sərəncam layihəsni dəstəkləyib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən qeyd olunub ki, Memorandum qarşılıqlı gəlirli və bərabər hüquqlu əməkdaşlığa, təbii resursların rasional istifadəsi və bərpa olunmasına imkan verəcək.

Mütəxəssislərin proqnozlarına əsasən, sənədin imzalanması nüvə enerjisinin sülh naminə istifadə olunması sahəsində GUAM çərçivəsində müqavilə-hüquq bazasının yaradılmasının başlanğıcını qoyacaq və Qara dəniz-Xəzər regionunda nüvə və radiasiya təhlükəsizliyinin yüksəldilməsinə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti