...

Bakıda GUAM dövlətlərinin müxtəlif nazirlik və idarə başçılarının iclasları keçirilir

Siyasət Materials 18 İyun 2007 11:16 (UTC +04:00)
Bakıda GUAM dövlətlərinin müxtəlif nazirlik və idarə başçılarının iclasları keçirilir

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ Bazar ertəsi Bakıda "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat-GUAM"ın müxtəlif nazirlik və idarə rəhbərlərinin iclasları öz işinə başlayıb.

Toplantılar iyunun 19-da Azərbaycan paytaxtında baş tutacaq GUAM dövlət başçılarının sammiti öncəsi keçirilir.

GUAM ölkələrinin əməkdaşlığı ilə bağlı sənəd və məsələlərin hazırlığı üçün ayrı-ayrı bölmələr üzrə nəqliyyat, energetika, təhsil, mədəniyyət, gənclər və idman nazirlikləri, habelə güc strukturları rəhbərlərinin iclasları keçirilir.

Bu gün həmsinin GUAM xarici işlər nazirləri Şurasının, habelə GUAM-ABŞ və GUAM-Yaponiya formatında görüşlərin keçirilməsi planlaşdırılır. Müzakirələr qapalı şəraitdə keçir.

Xəbər lenti

Xəbər lenti